Ənsarullah: Bizim hərbi imkanlarımız bir çox ərəb ölkələrindən üstündür

QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin əl-Husi çərşənbə günü Yəmənin Həccə vilayətinin rəhbərləri və xalqı ilə görüşdə çıxış edib.

Əl-Məsirə xəbər saytının məlumatına görə, Ənsarullah lideri əvvəlcə deyib: “Biz ABŞ və Səudiyyə Ərəbistanının təcavüzü ilə qarşı-qarşıyayıq və Allaha şükürlər olsun, səkkizinci ildir ki, çətin mərhələlərdən və böyük sınaqlardan keçirik. Həccə vilayəti təcavüzün ilk günündən geniş iştirakı, mühüm rolu və imanın təzahürü olan öz böyük töhvələri ilə daim meydanda olmuşdur.”

Seyid Əbdülməlik Bədruddin əl-Husi çıxışının başqa bir hissəsində deyib: “Mühasirəyə alınan düşmənlər xalqı bir-birinə qarşı qoymaq və bunu ölkə daxilinə yönəltmək istədilər. Düşmən daxildə fitnə yaratmaq, soyuq müharibə aparmaq üçün etdiyi bütün fitnə-fəsadlarında uğursuzluğa düçar oldu və millətimizin sayıqlığı ilə üzləşdi. Düşmən əsas qırğınlarını Həccə vilayətinin toy mərasimlərində və bazarlarında həyata keçirdi.”

O, həmçinin əlavə edib: “Bizim səbir və mətanətimiz düşməni məyus etdi və ümidsizliyə və məğlubiyyətə səbəb oldu. Dünyanın müxtəlif ölkələri təəccübləndilər və Yəmən xalqına hörmətlə yanaşmağa başladılar. Uzun bir yol qət etdik. Allahın izni və Allahın əmrlərinin icrası ilə inşallah gələcək yaxşı olar. Amerikanın siyasəti və ən əsas da yəhudi lobbisi müxtəlif ölkələrdə böyük böhranlar yaradır və bu böhranlar İslam dünyasına yayılır.”

Seyid Əbdülməlik Bədruddin əl-Husi həmçinin qeyd edib: “Hərbi sahədə biz Allahın köməyi ilə böyük nəticələr əldə etdik ki, bunlardan birincisi ölkənin təcavüzkarlar tərəfindən tamamilə işğal olmasının qarşısını almaq oldu. Düşmən tərəfin öz hərəkətlərini təkrarlayacağı gözlənilir. Biz cəbhələri gücləndirməli, hərbi imkanlarımızı artırmalıyıq. Allaha şükürlər olsun ki, biz hərbi imkanlarda bir çox ərəb ölkələrində olmayan səviyyəyə çatmışıq.”

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO