İsraili İrandan qabaq zəlzələ dağıdacaq!

QafqazTimes.com mig_news-a istinadən xəbər verir: İşğalçı sionist rejim – İsraildə son zəlzələ əhalini qorxuya salıb. Yəhudi jurnalist İra Koqan yazır: Alimlər çoxdan xəbərdarlıq edib ki, məntəqədə gözlənilən 7 bal zəlzələ minlərlə ölümə səbəb ola bilər. Əsas zərbə milli infrastrukturlara dəyə bilər. Bu zəlzələnin zərbəsi İranla müharibədə gözlədiyimiz zərbədən ağır ola bilər. Belə kataklizmin səbəbi bizim Afro-Asiya fayında yerləşməyimizdir. Burada güclü zəlzələ son dəfə 1927-ci ildə olub, Yerusəlim, İerixon, Ramle, Tveriya, Şxem dağılıb. İndiki təkanlar göstərir ki, təhlükə realdır. 2005-ci ildə TAMA-38 proqramı qəbul edilib. Proqrama əsasən köhnə binalar möhkəmləndirilməli, yenilər zəlzələyə davaml tikilməlidir. Amma proqram söz olaraq qalır, heç bir iş görülmür. İrandan qorxduğumuz zaman İsraili zəlzələ dağıda bilər…

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik