General Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri bu gün günorta (çərşənbə axşamı) İranda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general Zakir Həsənovla görüşü zamanı deyib: “Ümid edirəm ki, İrana səfəriniz iki ölkə arasında xüsusilə müdafiə, texniki və hərbi məsələlərdə əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün yaxşı fürsət olacaqdır.”

O, sözünün davamında deyib: “Biz azərbaycanlı qardaşlarımızı görməkdən hər zaman xoşbəxtik. Çünki İran xalqı özünü Azərbaycan Respublikasının müsəlman xalqına yaxın hiss edir.”

General Baqiri İran İslam Respublikasının hər bir işğala qarşı müxalif olmasına toxunaraq deyib: “30 ildən sonra Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi İslam İnqilabının Ali Rəhbərini və əziz İran xalqını sevindirdi.”

O əlavə edib: “İki ölkə arasında tarixi, dini, dil və digər məsələlərdə çoxlu ortaq və oxşar cəhətlər vardır. Həmçinin İran İslam Respublikası hökumətinin siyasəti qonşularla əlaqələri inkişaf etdirməkdir. Bütün bunlar sizinlə daha yaxın münasibət qurmağa stimul verici amillərdir.”

Məlumata görə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov bu görüş zamanı ötən il baş verən 44 günlük müharibədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi əməliyyatları barədə də iranlı həmkarına geniş izahat verib.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO