İsraildə Şabak, ədliyyə məmurları və nazirlər arasında qalmaqal ÇIXDI

Sionist rejim informasiya qaynaqları nazirlər kabinetində keçirilən son iclasda Şabak, ədliyyə məmurları və nazirlər arasında dava düşdüyündən xəbər verirlər.

Əl-Aləm telekanalının “Səma” ya istinadən verdiyi xəbərə görə sionist rejim təhükəsizlik sisteminin (Şabak) başçısı Runin Bar NK-də keçirilən iclasda işğal olunmuş Qüdsdə əsaslı reformasiya aparmaq istəyən nazirlərə xəbərarlıq edib.

Verilən məlumata görə təhlükəsizlik naziri İtamar Ben-Qvin “Şəfat” düşərgəsi başda olmaqla Qüdsə giriş-çıxışa qadağalar qoyulmasını istəyib.

Vergi naziri Bezalel Smotriç isə bütünlüklə Fələstinin mühasirəyə salınmasını tələb edib.

Şabak başçısı isə fələstinlilərə qarşı sərt qərarların onların müqavimətin daha da güclənməsinə səbəb ola bilməsi ehtimalı ilə bu iki nazirin tələbi ilə razılaşmayıb.

Ben-Qvir isə iclas iştirakçıları uca səslə ədliyyə müşavirinə deyib: Sən sanki mənim yaşadığım yerdə yaşamırsan. Sən bizim işləri korlayırsan. Belə ki, sən səhər saat 8-də (şəhid) Xeyri Əlqəmin evinin qapısını möhürləmə əmrini aldığın surətdə, hələ əmri yerinə yetirməmisən.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?