İşğal olunmuş Qüdsdə onlarla fələstinli yaralandı

İşğal olunmuş Qüdsdə sionist rejim hərbçiləri ilə qarşıdurmada onlarla fələstinli gənc yaralanıb.

Əl-Aləmin verdiyi informasiyaya əsasən, Qüdsün Əl-Cəbəlul Mukəbbir məntəqəsində sionistlər gənclərin toplaşdığı məkana səs bombaları və gözyaşardıcı qazla hücum ediblər. Nəticədə onlarla fələstinli yaralanıb. Amma sionistlərdən də 2 nəfəri vurulan daşlardan xəsarət alıblar

Məlumatda həmçinin deyilir: Sionistlərin bu hücumu fələstinlilərin şəhid ailələri ilə həmrəylik məqsədi ilə Əl-Cəbəlul Mukəbbir məntəqəsində keçirilən aksiyadan sonra baş verib.

Qeyd edək ki, sionist rejim hərbçiləri əvvəllər təkcə işğal olunmuş ərazilər və Qəzzədə əməliyyatlar keçirərdi. Lakin son zamanlar İordan çayının qərb sahilləri və Fələstinin şərq bölgələrində də təcavüzkar hücumlar həyata keçirir. Bunun səbəbi isə son günlərdə fələstinli gənclərin silahlanması və işğalçılara qarşı hücum üçün pusquda dayanması kimi dəyərləndirilir.

Related posts

Hizbullah İbrahim Əqilin şəhid olduğunu təsdiqlədi

Brik: Livana son hücumu İsrailin məhvidir

Netanyahu sadəcə bir günlük Nyu Yorka gedəcək