İsrail Türkiyə ilə hava əməkdaşlığı müqaviləsi imzalayıb

QafqazTimes xəbər verir ki, sionist rejimin Nəqliyyat Nazirliyi bəyan edib ki, İsrail və Türkiyə cümə axşamı günü imzalanacaq yeni aviasiya sazişi əsasında ikitərəfli hava nəqliyyatını inkişaf etdirəcəklər. Bu, iki ölkə arasında 1951-ci ildən bəri ilk razılaşmadır.

Nazirlik açıqlamasında əlavə edib: “Bu razılaşmanın Türkiyə şirkətlərinin İsrailə uçuşları ilə yanaşı, İsrail şirkətlərinin də Türkiyənin bir sıra istiqamətlərinə uçuşlarının bərpasına səbəb olacağı gözlənilir.”

Qeyd edək ki, mart ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı müharibəyə görə yaranan problemlər səbəbindən İsrail qazının Türkiyə üzərindən Avropaya nəqli imkanı ilə “enerji və enerji təhlükəsizliyi layihələrində İsraillə əməkdaşlığa” hazır olduğunu bildirmişdi.

Həmçinin bundan öncə sionist rejimin prezidenti İsak Hersoq türkiyəli həmkarı ilə əlaqələr qurmaq üçün Ankaraya səfər etmiş və tərəflər on ildən çox davam edən diplomatik fasilədən sonra ikitərəfli münasibətlərdə yeni dövrün başlandığını elan etmişdilər.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!