Hizbullah: Düşmənlərin müqavimətə qarşı bütün planları iflasa uğradı

QafqazTimes xəbər verir ki, Livan Hizbullahının icra şurasının sədri Seyid Haşim Səfiuddin bir çıxışında deyib: “Son bir neçə gündə Livanda baş verənlər və şahidi olduğumuz problemlər göstərir ki, ötən illər ərzində danışdığımız hər şey tamamilə doğru idi və bu halları diqqətlə araşdıran hər kəs Livanda xalqa qarşı dürüst olmayan, onlara xəyanət edən bəzi siyasətçilərin olduğunu anlayacaqdır.”

O, əlavə edib: “Amerikanın vədlərinə inanaraq, ondan asılı olanlar Livanın sərvətlərini qoruya bilərlərmi və ölkənin gələcəyi onların əlində qala bilərmi və bu insanlar xalqın iqtisadi və dolanışıq vəziyyətinin qayğısına qala bilərmi?”

Seyid Haşim Səfiuddin həmçinin qeyd edib ki, fəsadların kökünü kəsib, işıq, su, yanacaq və digər böhranları həll etmək mümkündür, lakin bu problemləri həll etmək istəyən əsl kişi olmalı və problemlərlə üzləşməkdən və müxtəlif bəhanələrlə öz məsuliyyətindən yayınıb qaçmaq əvəzinə məsuliyyətini qəbul edib irəli getməlidir.

Bu Hizbullah rəsmisi həmçinin bildirib ki, bizim problemimiz Livanda seçimləri həmişə məhdud olan bir təbəqə və ya qrupun olmasıdır. Çünki onlar amerikalılardan və Fars körfəzinin bəzi ərəb ölkələrindən qorxurlar. Bu insanlar qorxurlar və ya necə rəftar edəcəklərini bilmirlər və qulaqlarını və ağıllarını Amerika səfirliyinə həvalə ediblər. Amerika bir çox hallarda adıçəkilən insanlara hədə-qorxu gəlir və ya vədlər verir. Amma biz bilirik ki, bu mövqelərlə ölkə qurmaq olmaz. Ölkə qurmaq yalnız cəsarət və fədakarlıq tələb edir.

O, sözünün davamında bildirib: Bu mərhələdə biz baxmalıyıq ki, ölkədəki böhranlar üçün kimin variantları və həll yolları var, kim qorxur və ya mane olur. Kim geri gedir və kim irəli gedir. O zaman biz başa düşəcəyik ki, həqiqətən kim ölkəni qura bilər və kim Amerikanın xeyrinə onu dağıdacaq və kim Livanın zəif bir ölkə olmasını istəyir ki, əcnəbilər orada öz məqsədlərinə nail ola bilsinlər.”

Seyid Haşim Səfuiddin sonda belə qeyd edib: “Bütün bu illər ərzində müqaviməti məğlub etmək və onu devirmək üçün mərc edənlər məyus oldular. Düşmənlər müqaviməti nə qədər hədəfə alsalar da, müqavimət dağ kimi möhkəm qalır, düşmənlərin illüziyaları, xəyalları isə məhv olur.”

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…