İsrail rejiminin işgəncəsi nəticəsində 80 yaşlı fələstinli şəhid olub

QafqazTimes xəbər verir ki, Fələstin mediası çərşənbə günü yaşlı bir Fələstin vətəndaşının İsrail qüvvələri tərəfindən saxlanıldığı zaman həyatını itirdiyini xəbər verib.

Medianın dünən səhər verdiyi xəbərə görə, Ramallahın şimal-qərbindəki Cəlcaliyyə kəndindən olan 80 yaşlı bir kişi sionist yaraqlıların həbsi və işgəncəsi nəticəsində həlak olub.

Şahidlərin sözlərinə görə, sionist yaraqlılar qoca Fələstin vətəndaşının gözlərini bağlayaraq, onu yerə sürükləyiblər.

Fələstin İslami Cihad Hərəkatı bəyanatda bu addımı müharibə cinayəti kimi qiymətləndirərək, cinayətkar işğalçıların ədalət qarşısında cavab verməli olduqlarını bildirib.

Bəyanatda sionist işğalçıların ölkənin hər yerində Fələstin övladlarının qanını tökdüyü və bu cinayətlərin heç bir maneə olmadan, dünyanın və İsrail rejimi ilə kompromisə gedən hökumətlərin gözü qarşısında həyata keçirildiyi vurğulanıb.

Related posts

Dünyanı kim qarışdırır?

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı