Əbu Mücahid: İsrail tanklarının Qəzzaya girmək qorxusu Hacı Qasimin nailiyyətlərindən idi

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının Suriyadakı nümayəndəsi Əbu Mücahid “Tasnim News” xəbər agentliyinə verdiyi müsahibəsində General Şəhid Qasim Süleymani barəsində danışarkən deyib: “Hacı Qasım Süleymani Fələstin xalqı üçün lap əvvəldən, yəni SEPAH-ın Qüds Qüvvələrinə komandanlıq etdiyi ilk vaxtlardan tanınırdı.”

O, belə qeyd edib: “Fələstin İslami Cihad Hərəkatı liderləri o zamanlar Hacı Qasım Süleymani haqqında danışır və vurğulayırdılar ki, İslami Cihad Hərəkatı və Fələstin Müqaviməti Hacı Qasim Süleymani və İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin iştirakı ilə böyük uğurlar əldə edib.”

Əbu Mücahid deyib: “Hacı Qasimin sayəsində raketlərin atış məsafəsi günü-gündən artır, Qəzza zolağına və müqavimətin əlinə çatan imkanlar və silah növləri daha da təkmilləşirdi.”

İslami Cihad Hərəkatının nümayəndəsi həmçinin deyib: “O, həmişə Fələstin fraksiyalarının rəhbərlərinə tövsiyə edirdi ki, Qüds strateji mövqedə qalsın və İsrail işğalçılarının Qüdsdə Fələstin xalqına qarşı istədikləri hər hansı bir addım almalarına imkan verilməsin.”

O, deyib: “Hacı Qasim sionist işğalçıların Qüdsə nüfuz və hökmranlıq etməsinin və onun yəhudiləşdirilməsinin qarşısını almaq üçün İordan çayının qərb sahilindəki Fələstin müqavimətinin inkişafına həmişə xüsusi diqqət yetirib və Qüdsün ərəb və islam şəhəri kimi qorunub saxlanmasını qətiyyətlə təkid edib.”

Əbu Mücahid belə əlavə edib: “İsrail tankları bundan əvvəl bütün əvvəlki müharibələrdə Qəzza zolağının ətrafında sıraya düzülərdilər, lakin Hacı Qasimin müqavimət cəbhəsinə köməyi nəticəsində müqavimət raketləri İsrail işğalçılarının Qəzza zolağının sərhəddində tanklarını sıraya düzməsinə mane oldu.”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…