İsmayıl Həniyyə İsraillə bağlı xəbərdarlıq məktubu göndərdi

QafqazTimes xəbər verir ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin media üzrə müşaviri deyib ki, Həniyyə son vaxtlar bəzi ölkələrin liderlərinə və onların regiondakı nümayəndələrinə Həmasın İsrail rejiminə xəbərdarlıqlarından ibarət məktublar göndərib.

Tahir əl-Nuno deyib: “Həniyyə bir sıra liderlərə və region ölkələrinə açıq mesajlar göndərərək, onları Fələstin müqavimət liderlərinin sionist düşmən tərəfindən terror edilməsi və bu siyasətin doğura biləcəyi nəticələrlə bağlı xəbərdarlıq edib.”

O, həmçinin deyib: “Həniyyə məktubunda ​​qeyd edib ki, siz də bizimlə birlikdə hərəkat liderlərinin, o cümlədən qardaşımız Yəhya Sənvar və Şeyx Saleh əl-Arur, Məhəmməd əl-Zeyf, Zahir Cabbarin və digərlərin terror edilməsi ilə bağlı işğalçıların bəyanatlarının tonunun kəskinləşməsinin şahidi olursunuz.”

Həniyyə bu mesajlarında bu ölkələrin liderlərini bu rəftarların nəticələri barədə xəbərdarlıq edib və bu hərəkətlərin Fələstin müqavimətilə işğalçı rejim arasında geniş miqyaslı qarşıdurmaya səbəb ola biləcəyini bildirib.

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil