Xalid Məşəl: Fələstinin azad edilməsinin son mərhələsindəyik

QafqazTimes xəbər verir ki, Həmas hərəkatının xaricdəki rəhbəri Xalid Məşəl Əl-Əqsa telekanalına verdiyi müsahibəsində deyib: “Biz Qüds və Məscidül-Əqsanın xidmətindəyik və bu müqəddəs şəhəri müdafiə edirik və bu, bizə şərəfdir.”

O, əlavə edib: “Sionist düşmən millətimizi şəhid etməklə kifayətlənmir, hətta onların cəsədlərinə belə rəhm etmir. Bu rejim Qüdsdə fələstinlilərin varlığını aradan aparmağa çalışır və bu, rejimin öz gələcəyi ilə bağlı narahatlığının göstəricidir.

HƏMAS-ın xaricdəki siyasi ofisinin rəhbəri vurğulayıb: “Sionist düşmənlə döyüşümüz bitməyib və davam edir və biz heç bir şəraitdə əl-Əqsa məscidinin yəhudiləşdirilməsinə, zaman və məkan cəhətdən parçalanmasına icazə verməyəcəyik.”

Xalid Məşəl həmçinin bəyan edib: “Düşmən “Nikbət” gününün ildönümündə bizə zərbə vurmağa çalışdı, amma özü zərbəyə məruz qaldı və dünyanın gözü qarşısında rüsvay oldu.”

Məşəl belə əlavə edib: “İşğalçı rejim məscidi zaman və məkana görə bölmək planını həyata keçirməklə Qüds və Məscidül-Əqsadakı mübarizəyə son qoymağa çalışır və bəzi Avropa rəsmiləri Məscidül-Əqsada ibadət azadlığının olduğunu iddia edirlər, lakin biz bir daha bildiririk ki, Məscidül-Əqsa yalnız müsəlmanlara aid ibadət yeridir.”

O, həmçinin deyib: “Fələstin xalqı ayıq olmalıdır, düşmən Məscidül-Əqsa üzərində nəzarəti ələ keçirməyə çalışır, lakin biz buna heç vaxt icazə verməyəcəyik.”

“Biz Fələstinin azad edilməsinin son mərhələsindəyik”, – deyə Xalid Məşəl sözünü yekunlaşdırıb.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!