ABŞ konqresmeni: ABŞ-ın Yəmən müharibəsinə dəstəyi davam edir

QafqazTimes xəbər verir ki, Co Baydenin seçki kampaniyası zamanı ABŞ hökumətinin Yəmən müharibəsində Səudiyyə-Əmirlik təcavüzkar koalisiyasına dəstəyini dayandırmaq iddialarına baxmayaraq, bu dəstəyin davam etdirilməsi Baydenin ABŞ Nümayəndələr Palatasındakı müttəfiqinin də reaksiyasına səbəb olub.

ABŞ Konqresinin müsəlman və fələstinli üzvü Rəşidə Təlib Nümayəndələr Palatasına müraciət edərək həmkarlarından ABŞ Konqresinin Nümayəndələr Palatasının iki üzvü tərəfindən Yəmən müharibəsi ilə bağlı təqdim ediləcək təklifə səs vermələrini istəyib.

ABŞ Konqresinin demokrat üzvü belə deyib: “Mən bu gün burada Yəmən xalqı ilə həmrəylik nümayiş etdirirəm və ABŞ-ın Səudiyyə koalisiyasına hər hansı dəstəyini dərhal dayandırmağa çağırıram. Mülki hədəflərə, o cümlədən xəstəxanalara, məktəblərə və su təmizləyici qurğulara hücumlar, habelə ABŞ-ın maddi-texniki və silah dəstəyi ilə Yəmən limanlarının geniş miqyasda mühasirəyə alınması Yəməni BMT-nin dünyanın ən fəlakətli adlandırdığı vəziyyətə gətirib çıxarıb. Belə ki, bu humanitar böhran Yəməni aclıq həddinə çatdırıb.”

Rəşidə Təlib sözünə belə davam edib: “Yəmən müharibəsi tərəflərinin iki aylıq ümumi atəşkəs və Yəməndə bütün hərbi əməliyyatların dayandırılması, yanacaq məhdudiyyətlərinin aradan qaldırılması və hava limanının açılması üçün əldə etdikləri razılaşma xəbərini müsbət qarşılayıram. Amma təəssüf ki, Səudiyyə Ərəbistanı (Yəmənə qarşı) hava və dəniz mühasirəsini hələ də qaldırmayıb və nəticədə bu atəşkəsin və milyonlarla yəmənlinin taleyi sual altında qalıb.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı