İslam respublikasının təqdim etdiyi yeni təyyarə maraqla qarşılanıb

İran “Simurq ” adlı nəqliyyat təyyarəsini təqdim edib.

Bu gün İranın İsfahan şəhərində ölkənin Müdafiə Nazirliyinin Aviasiya Sənayesi Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanmış “Simurq” yüngül nəqliyyat təyyarəsinin təqdimatı keçirilib.

Təqdimat mərasimində İran Müdafiə Nazirliyinin əməkdaşları və deputatlar iştirak edib.

Təyyarə beynəlxalq ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılanıb.

Çünki ABŞ-ın sərt sanksiyaları çərçivəsində İrana təyyarə detalları və onların hazırlanması üçü avadanlıq satılmır. Belə olan təqdirdə İslam Respublikası bunu necə bacarıb? Deməli İran artıq bu avadanlıqları özü istehsal edir, ya da başqa yollarla əldə edə bilir.

İran rəsmiləri bu barədə əlavə məlumat verməyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi