Tərtərdə – “Qarabağ Azərbaycanın olmayacaq!” şüarı səsləndi (Video izlə)

“Azərbaycan polisi burada gərək…”

Azərbaycan Respublikası Tərtər rayonunun Rusiya “sülhməramlı” hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin faktiki nəzarətində qalan Ağdərə şəhərində İrəvandakı revanşist və irqçi  “müqavimət hərəkatı”na dəstək yürüşü təşkil edilib.

Bu haqda məlumat və video-görüntülər erməni teleqram-kanallarında yayılıb. “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq!” kimi anti-konstitusyon şüarlarla keçirilən etiraz aksiyasında öndə yeniyetmələr, hətta bağça yaşlı uşaqlar hərəkət ediblər.

Etirazçıların əllərində və yaxalarında Xankəndindəki separatçı-terrorçu rejimin əski parçası olub…

Aksiya “inzibati” binalardan birindəki iclas zalında anti-Azərbaycan çıxışlarıyla yekunlaşıb…

P.S. Azərbaycan polisi burada gərək…

Unutqanlara və bilməyənlərə xatırlatma:

Ağdərə – Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhərdir. Sovet dövründə tarixi adı ləğv edilərək 1939-1991-ci illərdə rəsmən “Mardakert” adlandırılmış keçmiş Ağdərə rayonunun mərkəzi olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi keçmiş Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb.

Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə şəhəri və Şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir…

Bu minvalla Tərtər rayonunun bir şəhəri və 13 kəndi, Ağdam rayonunun 8 böyük kəndi və Kəlbəcər rayonunun 23 kəndi 1992-1993-cü illərdən bəri işğal altında qalıb. 2020-ci ilin 44 günlük savaşının nəticələrinə görə imzalanmış 10 noyabr üçtərəfli razılaşmasına əsasən sözügedən rayonlar keçmiş Azərbaycan SSR-in inzibati bölgüsünə uyğun olaraq Azərbaycana qaytarılıb. Odur ki, Tərtər rayonunun savaş zamanı azad edilmiş 3 kəndi istisna olmaqla keçmiş Ağdərə rayonunun digər əraziləri, o cümlədən Ağdərə şəhəri ermənilərin nəzarətində qalıb…

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

2 şərhlər

נערות ליווי בקריות May 20, 2022 - 7:47 axşam

I was pretty pleased to discover this great site. I need to to thank you for your time for this particularly fantastic read!! I definitely appreciated every part of it and I have you book marked to see new stuff on your blog

נערות ליווי באשדוד May 21, 2022 - 4:33 axşam

I was pretty pleased to discover this great site. I need to to thank you for your time for this particularly fantastic read!! I definitely appreciated every part of it and I have you book marked to see new stuff on your blog

Add Comment