Azərbaycana qar və dolu yağıb – FAKTİKİ HAVA

Mayın 20-si saat 17:00-a olan məlumata əsasən Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Lənkəran, Astara, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış, Şahdağda qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, saat 16:25-16:32 radələrində Gədəbəy rayonunun Söyüdlü, Qarabağ, Pirqulu kəndlərinə xırda dənəli dolu düşüb. 

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçalada 20 m/s, Ağdam, Gəncə, Tərtərdə 18 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 30 m/s, Neft Daşlarında 21 m/s, Ələt, Pirallahıda 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarındək davam edəcək. 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO

1 şərh

נערות ליווי בקריות May 20, 2022 - 7:47 axşam

I was pretty pleased to discover this great site. I need to to thank you for your time for this particularly fantastic read!! I definitely appreciated every part of it and I have you book marked to see new stuff on your blog

Add Comment