İslam dinini təhqir edən Salam Rüşdi hücuma məruz qaldı + Video

QafqazTimes xəbər verir ki, “Associated Press”in müxbiri İslam Peyğəmbərini (s) təhqir edən “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdinin Nyu Yorkda çıxış edən zaman hücuma məruz qaldığını bildirib.

Britaniyanın dövlət mediası BBC Salman Rüşdinin Nyu-Yorkda “Çotoqua” mərkəzi adlı bir təhsil mərkəzində çıxış etdiyi zaman bu hadisənin baş verdiyini bildirib.

Şahidlər bildiriblər ki, bir nəfər Salman Rüşdiyə hücum edərək, ona yumruq və bıçaq zərbələri endirib. Nyu York əyalət polisi verdiyi bir açıqlamada onun boyun nahiyəsindən bıçaq yarası aldığını təsdiqləyib.

Bu bəyanatda deyilir: “12 avqust 2022-ci il saat 11:00-da şübhəli bir kişi kürsüyə tərəf qaçaraq Rüşdiyə və müsahibə verən şəxsə hücum etdi. Rüşdinin boynundan bıçaq yarası aldığı ehtimal olunur. O, vertolyotla xəstəxanaya aparıldı.”

Bu açıqlamada Salman Rüşdinin vəziyyətinin hələ də bəlli olmadığı bildirilib. Şübhəli şəxs həbs edilib.

1988-ci ildə “Şəytan ayələri” romanının nəşrindən sonra Salman Rüşdi müsəlmanların qəzəbinə düçar olmuşdu. Bu səbəbdən o, ciddi təhlükəsizlik şəraitində gizli həyata üz tutmuşdu. Bu kitabın nəşrindən sonra İmam Xomeyni (r.ə) onun “mürtəd” olmasına fətva vermişdi.

Bildirilir ki, “Şeytan ayələri”nin nəşrindən və onun dinə zidd məzmununa qarşı müsəlmanların etirazlarının artmasından sonrakı ilk aylarda Salman Rüşdi bir ay ərzində iqamətgahını on beş dəfədən çox dəyişib.

“Şeytan ayələri” kitabının nəşrinə zəmin hazırlayan İngiltərə hökuməti çoxlu pul xərcləyərək onun həyatını qorumaq məsuliyyətini öz üzərinə götürmüşdür.

“The New York Times” hadisə şahidinə istinadən xəbər verir ki, Salman Rüşdi bir neçə bıçaq zərbəsi alıb.

“Daily Mail” qəzeti onun 10-15 bıçaq zərbəsi aldığını iddia edib.

Media Salman Rüşdiyə hücum edən şəxsin tutulduğu anın görüntülərini yayımlayıb:

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil