Haaretz: İslami Cihad budursa, Hizbullahla nə edəcəyik?

QafqazTimes xəbər verir ki, cümə günü İsrailin “Haaretz” qəzeti bir məqaləsində sionist rejimin Qəzzəyə son hücumu və Fələstin İslami Cihad hərəkatı ilə döyüşün nəticələrini araşdıraraq, yazıb ki, əgər bu, İslami Cihaddırsa, Hizbullah və Həmasla döyüş necə olacaq?

Bu məqalənin müəllifi Yisrael Hareil yazır: “Təhlükəsizlik qurumları İslami Cihad hərəkatını zəif və müvəqqəti təşkilat adlandırır. Keçən həftə bir çox İsrail sakinini vəhşətə salan və raket istehsal edərək, torpaqlarımıza kütləvi şəkildə atmaq qabiliyyətinə malik olan bir təşkilat müvəqqəti təşkilatdır?!

“Haaretz”in yazıçısı əlavə edib: “Doğrudur, İsrail İslami Cihadın bir sıra yüksək rütbəli komandirlərini hədəfə almaqla bu qruplaşmaya qabaqlayıcı zərbələr vurdu, lakin onun raket istehsal etmək və atmaq qabiliyyətini məhv etməyə müvəffəq olmadı. Şübhəsiz ki, İslami Cihadın əməliyyat qabiliyyətini aradan apara bilməzdi. Buna görə də ən yaxşı hava, dəniz, quru, elektron ləvazimatları və insan resursları ilə təchiz olunmuş silahlı bir ordunun “müvəqqəti” olaraq xarakterizə edilən bir təşkilatla qarşıdurmasının nəticələri məyusedicidir.”

Yisrael Hareil daha sonra yazıb: “Təsəvvür edək ki, HƏMAS və Hizbullah qüvvələri bizə qarşı öz arsenallarını işə saldıqda nəticələr necə olacaq. 12-dən çox döyüş briqadası və on minlərlə uzaqmənzilli raketlər, o cümlədən dəqiq raketlər sionist sakinlərə böyük ziyan vurmağa, nəqliyyatı iflic etməyə, infrastrukturu və ordunu məhv etməyə, hava və dəniz limanlarını sıradan çıxarmağa qadirdir.”

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik