İŞİD terror qruplaşmasının Fələstin müqavimətinə qarşı bəyanatı

Qafqaztimes xəbər verir ki, İŞİD sözçüsü Əbu Həmzə əl-Qurəşi Fələstin İslami Müqavimət Hərəkatına (Həmas) qarşı bəyanat verib.

“Sama” xəbər agentliyinin verdiyi məlumata görə, o, bəyanatında bu hərəkatın İranla əlaqəsi olduğu üçün HƏMAS-a qarşı qiyama çağırış edib.

İŞİD bundan əvvəl də HƏMAS-a qarşı bir neçə bəyanat yayaraq bu hərəkatı “mürtəd” adlandırmışdı.

İŞİD-in sözçüsü bu 38 dəqiqəlik səs yazısında həmçinin “Boko Haram” lideri Əbu Bəkr Şikavın öldürülməsinə reaksiya verərək, İŞİD-in Qərbi Afrikadakı qolunu “Xəvaric fitnəsi” nin öldürülməsi münasibətilə təbrik edib.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?