Avstriya prezidentindən Ayətullah Rəisiyə təbrik məktubu

Qafqaztimes xəbər verir ki, Avstriya prezidenti Aleksandr Van der Bellen Ayətullah Seyyid İbrahim Rəisini İran prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

O, təbrik məktubunda deyib:

“Bu yolla sizi İran İslam Respublikasının növbəti prezidenti seçilməniz münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

İki ölkə arasında yeddi əsrdən çoxdur əlaqələr və dostluq münasibətləri mövcuddur. Sizi əmin etmək istərdim ki, Avstriya sizinlə siyasi, iqtisadi, mədəni və elmi əlaqələrini inkişaf etdirməyə davam edəcəkdir.

Əlavə olaraq vurğulamaq istərdim ki, Avstriya, nüvə danışıqlarının davamına ev sahibliyi edən ölkə olaraq əməkdaşlıq etməyə hazırdır və bu danışıqların yaxın gələcəkdə uğurla başa çatacağına ümid edirəm.”

Related posts

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik

İraq müqaviməti işğal olunmuş Cövlan yüksəkliklərinə hücum etdi