İŞİD-in Qərbi Afrikadakı lideri öldürüldü

Qafqaztimes xəbər verir ki, TRT telekanalının məlumatına görə Nigeriya ordusunun komandiri elan edib ki, İŞİD terror qruplaşmasının Qərbi Afrikadakı lideri Əbu Musəb əl-Bernavi öldürülüb.

General Laki İrabour jurnalistlərə “Əl-Bernəvinin öldüyünü təsdiq edə bilərəm” deyib.

O, Bernavinin necə və nə vaxt öldürüldüyünü açıqlamayıb.

Əl-Bernavi əsl adı Həbib Yusif olan Nigeriyalı Boko Haram qruplaşmasının qurucusunun oğludur və o, 2009-cu ildən Nigeriyanın şimal-şərqində bir üsyançı qrupa rəhbərlik edir.

İŞİD-ə qoşulmazdan əvvəl Əl-Bernavi, Boko Haram qrupunun sözçüsü olub. O, qruplaşma komandanı Əbu Bəkr Şakao ilə mübahisə səbəbiylə onlardan ayrılıb. Shakao isə bu ilin əvvəlində Boko Haram və İŞİD arasındakı qarşıdurmalarda öldürülüb.

Təhlükəsizlik mənbələri, Şakaonun ölümündən sonra Əl-Bernavinin bu qrupun Nigeriyanın şimal-şərqindəki və Çad gölü bölgəsindəki mövqelərini ələ keçirdiyini söyləyirlər.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…