İran sionist rejimin addımları barədə BMT-ə xəbərdarlıq etdi

Qafqaztimes xəbər verir ki, çərşənbə günü İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxtrəvançi İsrail rejiminin son təhdidlərinə cavab olaraq Təhlükəsizlik Şurasının sədrinə məktub yazıb.

Məktubda deyilir: Son aylar ərzində İsrail rejiminin təxribatçı və avantürist təhdidlərinin sayı və intensivliyi durmadan artdı və arzuolunmaz həddə çatdı.

Ən son təhdidlər, rejim Baş Qərargah rəisi tərəfindən edildi. O, “İranın nüvə proqramına qarşı əməliyyat planları genişlənməkdədir” və “İranın müxtəlif sahələrdə imkanlarını məhv etmək əməliyyatları hər an davam edəcəkdir”, deyə təhdidlər səsləndirdi.

Rejimin əvvəlki təhdidlərinə etirazımız 2021-ci ildə 1 fevral, 12 aprel, 27 avqust və 14 sentyabrda BMT Təhlükəsizlik Şurasına göndərdiyimiz məktublarda öz əksini tapmışdır.

İsrail rejiminin Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən birinə qarşı bu cür açıq sistemli təhdidlər beynəlxalq hüququn, xüsusən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2 (4) maddəsinin kobud şəkildə pozulmasıdır.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…