İşğal olunmuş Fələstin torpaqlarında iki sionist polisi avtomobillə vuruldu

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalına görə, Naharia şəhərində iki sionist rejim polis qüvvəsi avtomobillə vuruldu və vəziyyətləri ağırdır.

Məlumata görə, bir Fələstin vətəndaşı işğal altında olan Şimali Fələstində öz avtomobili ilə iki İsrail polisini vurub.

Şahidlər hadisənin sionist rejim nəzarət məntəqələrindən birinin yaxınlığında və sahil bölgəsində baş verdiyini bildirmişlər.

Sionist telekanalı Kanal 12 əməliyyatda iştirak edənlərin qaçmağı bacardıqlarını və Sionist polis maşınlarının və bir vertolyotun onları təqib etdiyini xəbər verib.

İsrail ordusu, işğal altında olan Fələstinin müxtəlif bölgələrində intihar əməliyyatlarının təkrarlanması və davam etməsi ilə bağlı narahatlıqların ardından təhlükəsizlik tədbirlərini gücləndirib və Fələstin ərazilərinin müxtəlif bölgələrində daha çox qüvvə yerləşdirib.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))