Bəhreynli atanın həbsdə olan oğlunu müdafiə etdiyi üçün yenidən dindirilməsi

Qafqaztimes xəbər verir ki, Əl-Bəhreyn Əl-Yovm agentliyinin məlumatına görə Ali-Xəlifə hökumətinin əsiri olan Hüseyn Məhnanın atası Əli Məhna izahat üçün yenidən Əl-Qadibiya istintaq mərkəzinə çağırılıb.

Onun çağırılmasının səbəbi oğlunun azad edilməsini tələb etməsi olub. O, bundan əvvəl oğlunun həbs olunmasına etiraz etdiyi üçün 3 ay həbs cəzasına və cəriməyə məhkum edilmişdi.

Əli Məhna isə övladını müdafiə etməyin və azad edilməsini istəməyin hər bir atanın haqqı olduğunu və heç vaxt cərimə ödəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Hüseyn Məhna, Ali-Xəlifə hökuməti tərəfindən ölkənin şiələrinə qarşı başladılan uydurma “Bəhreyn Hizbullahı” iddiası ilə həbs edilən 168 nəfərdən biridir. O, 2019-cu ilin aprelində ömürlük həbs, vətəndaşlıqdan çıxma və 10.000 dinar cərimə cəzasına məhkum edilmişdirlər.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək