Əl-Mudəlləl: Gilboa həbsxanasının 6 əsiri növbəti əsir mübadiləsində əsas diqqət mərkəzidir

Qafqaztimes xəbər verir ki, Fələstin İslam Cihadı hərəkatının liderlərindən olan Əhməd əl-Mudəlləl, Gilboa həbsxanasındakı altı əsirin ən dəhşətli cinayətlərə məruz qaldığını söyləyib. Onun sözlərinə görə hərəkatın baş katibinin mesajı açıq aşkardır və hərəkatın bir neçə variantı vardır.

Əl-Mudəlləl əlavə edib ki, sionist düşmən, əsirlərin həyatı və sağlamlığına qarşı hər hansı bir təhdidin nəticələri ilə bağlı İslami Cihadın etdiyi xəbərdarlıqların ciddiliyinin fərqindədir.

Əl-Nəşrə saytına görə, Fələstin İslami Cihad hərəkatının lideri, hərəkatla sionist düşmən arasında mübarizənin davam etdiyini, lakin müqavimət üçün bu əsirlərin sərbəst buraxılmasının əsas prioritet olduğunu bildirib.

O, həmçinin İslami Cihadın əsir mübadiləsi əməliyyatları sahəsində böyük təcrübəyə malik olduğunu, Fələstin müqavimətinin daimi koordinasiyaya ehtiyacı olduğunu və bu mövzuda müqavimət qrupları arasında razılaşma olduğunu söyləyib.

Əl-Mudəlləl, Əl-Qəssam Briqadaları sözçüsünün sözlərinin dünyaya bir mesaj olduğunu vurğulayıb. Bu mesaj ondan ibarətdir ki, gələcəkdə hər hansı bir əsir mübadiləsində bu altı əsirin azad edilməsi prioritet məsələdir. O, qeyd edib ki, eyni zamanda, İslami Cihadın hərbi planları və sionist hərbiçilərinin qaçırılması kimi əməliyyatlar da ön planda qalacaqdır, çünki döyüş meydanı həmişə açıqdır.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək