İraqın Nucəba hərəkatı Türkiyə və Azərbaycan Respublikasının ərbəin karvanlarını müşayiət edib

Qafqaztimes xəbər verir ki, artıq 6 -cı ildir ki, Ərbəin mərasimi dövründə “Nucəba” İslami Müqavimət Hərəkatı Türkiyə və Azərbaycan Respublikasından olan zəvvar karvanlarının müşayiət edilməsini və təhlükəsizliyini öz üzərinə götürüb.

Bununla əlaqədar olaraq, Nucəba hərəkatı, İraqın müqəddəs ziyarətgahlarını ziyarət etməyi asanlaşdırmaqla yanaşı, hərəkatın üzvü olan din xadimlərinə Aşura hadisəsini, Əhli-beytin(ə) yaşam tərzini və mövcud İslam dünyasını təhlil etmələri üçün mədəni-maarif proqramları keçirməyi tapşırıb.

Min türk türkdilli zəvvardan ibarət olan karvan bazar ertəsi, 13 Səfər günü İraqa daxil oldu. Onlar Kərkük ofisinin himayəsi altında, təhlükəsizlik şəraiti təmin edilərək və sosial xidmətlər göstərilərək Nəcəfə, oradan isə Kərbəlaya yürüşünə yola salındı.

Türkiyə və Azərbaycandan olan zəvvarlar daha sonra Əhli-beyt (ə) hərəmlərini ziyarət etmək üçün Kazimeyn və Samirra şəhərlərinə getmiş və nəhayət 23 Səfər cümə axşamı günü öz ölkələrinə qayıtmışlar.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO