Dubayda baş verən yanğın 8 avtomobil salonunda 55 avtomobilə ziyan vurdu

Qafqaztimes KİV-ə istinadən xəbər verir ki, Dubayda keçirəcək Expo 2020 beynəlxalq sərgisi ərəfəsində yanğın baş verib. Məlumata görə Dubay Mülki Müdafiə qrupları, Rəs Əl-Xorda bir avtomobil salonunda baş verən yanğını kontrol ediblər.

38 dəqiqə ərzində davam edən yanğın səkkiz sərgiyə yayılmış və 8 sərgidən cəmi 55 avtomobilə ziyan vurmuşdur. Bundan sonra dörd mülki müdafiə mərkəzinin qrupları yanğın kontrol edə bilmişlər.

Mülki Müdafiə sözçüsü, çərşənbə axşamı günü səhər saat 5:28 radələrində əməliyyat otağına Rəs Əl-Xor bölgəsindəki bir avtomobil sərgisində yanğın olduğunu bildirən məlumat daxil olduğunu söyləyib. O bildirib ki, Nəd Əl-Şeba Yanğın söndürmə və Xilasetmə Mərkəzi dərhal hadisə yerinə hərəkət etmiş və xilasetmə və yanğın söndürmə qrupları raporu aldıqdan altı dəqiqə sonra hadisə yerinə çatmışlar.

O, əlavə etdi ki, əraziyə gəldikdən sonra yanğının güclü olduğu və qonşu sərgilərə qədər uzana biləcəyi müşahidə olundu, buna görə də yanğınsöndürmə qrupları dərhal öz vəzifələrinə başladılar və Raşidiyyə Yanğın söndürmə və Xilasetmə Mərkəzindən də kömək istənildi.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…