İraqda daha bir ABŞ hərbi konvoyu hədəfə alındı

Qafqaztimes xəbər verir ki, Sabirin News telegram kanalı cümə axşamı ABŞ-a məxsus hərbi konvoyun İraqın cənubundakı əl-Bəsrə əyalətinin əl-Ləhis bölgəsində hədəfə alındığını bildirib.

Məlumata görə, “Saraya Ovliya əl-Dəm” adlı müqavimət qrupu əməliyyata görə məsuliyyəti öz üzərinə götürərək əməliyyatın çəkildiyini və onun görüntüsünün tezliklə yayımlanacağını açıqlayıb.

Son aylarda İraqdakı müxtəlif hərbi bazalarda yerləşən ABŞ hərbçiləri üçün hərbi sürsat daşıyan karvanlar dəfələrlə yol kənarına yerləşdirilən bombaların hədəfinə çevrilir.

İraq parlamentinin xarici qoşunların İraqdan çıxarılması ilə bağlı qərarından və hökumətin bunu yubandırmaq istəyindən sonra ABŞ koalisiyasının hərbi karvanları həftədə bir neçə dəfə, bəzən isə gündə bir neçə dəfə yol kənarındakı bombaların hədəfinə çevrilir. Buna görə də ABŞ ordusu bəzən hərbi avadanlıqlarını İraq özəl şirkətləri vasitəsilə daşımalı olur. İraqlı müqavimət qrupları təkid edirlər ki, İraq hökuməti parlamentin qərarına uyğun olaraq xarici hərbçiləri İraqdan çıxarmalıdır.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)