Fələstin müqaviməti Avstraliyanın Hizbullaha qarşı son addımını pisləyib

Qafqaztimes xəbər verir ki, Fələstin müqavimət qrupları Avstraliya hökumətinin Livan Hizbullah hərəkatına qarşı son addımını pisləyib və bunun sionist rejimin təzyiqi ilə həyata keçirildiyini bildiriblər.

Safa Xəbər Agentliyi müqavimət qruplarına istinadla bildirib: “Biz Avstraliyanın Livan Hizbullahını terror təşkilatı adlandırmasını qəbul etmirik və bu qərarın sionist rejimin və onun dünyadakı müstəmləkəçilik maraqlarına uyğun olduğunu vurğulayırıq.”

Fələstin Müqaviməti həmçinin vurğulayıb: “Biz cinayətkar Qantzın münasibətlərin normallaşması üçün Mərakeşə səfərini pisləyirik. Bu səfər münasibətlərin normallaşmasına razı olan rejimlərin öz millətlərinin iradəsinə xəyanətinin və əxlaqi dəyərlərin süqutunun miqyasını göstərən bir səfərdir.”

Müqavimət qrupları həmçinin sionist rejimlə münasibətlərin normallaşması və bu rejimlə əlaqələrin qurulmasının əleyhinə olan bütün qurum və şəxsiyyətlərə təşəkkür ediblər.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO