Təcili: BMT səfərləri məhdudlaşdırmağa çağırır

QafqazTimes.com Russian.rt-yə istinadən xəbər verir: BMT koronavirusun yeni və çox təhlükəli ştammına görə dünya ölkələrini səfərləri məhdudlaşdırmağa çağırıb. BMT-nin Beynəlxalq Turizm Təşkilatının başçısı Zurab Pololikaşvili yeni Cənubi Afrika ştammının yayılmasının qarşısını almaq üçün bunu zəruri sayır. O “bir həftə sonra gec olacaq” deyə xəbərdarlıq edib. ÜST bu gün yeni ştammla bağlı fövqəladə iclas keçirib. Bir gün əvvəl bildirilmişdi ki, yeni ştamm Botsvana, Cənubi Afrika və Honkonqda qeydə alınıb. B.1.1.529 adlandırılan ştammın çox təhlükəli və çoxsaylı mutasiyaları olduğu bildirilir. Bir zaman koronavirusu əfsanə sayanlar çox idisə, bu gün onun əzabanı çəkənlər daha çoxdur – səfərləri təxirə salın.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?