İranın təhlükəsizlik naziri: İran xalqının düşmənlərinə kömək edən ölkələr bunun əvəzini gözləsinlər

QafqazTimes xəbər verir ki, İranın Milli Təhlükəsizlik naziri Höccətül-İslam İsmayıl Xətib İranın Kürdüstan Əyaləti Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib: “Ayətullah Rəisinin xalq yönümlü və inqilabi hökumətinin bütün səyləri problemlərin həllinə və insanların güzəranının yüksəldilməsi yönəlib.”

O, bu çıxışında İranın İslam hökumətinə qarşı hazırkı müharibəni birləşmiş müharibə adlandıraraq deyib: “Amerika soyuq müharibə və amansız sanksiyalardan istifadə edərək regionda zəifləmiş hökmranlığını bərpa etməyə çalışır və bu, uğursuzluğa düçar olub.”

Höccətül-İslam Xətib əksinqilabi qrupların fəaliyyətinə toxunarkən, İran İslam Respublikasına qarşı addımlara şərait yaradan ölkələrə xəbərdarlıq edərək bildirib: “İran xalqının düşmənlərinə kömək edən ölkələr bunun əvəzini gözləsinlər.”

İran Təhlükəsizlik naziri həmçinin çıxışının digər hissəsində antiinqilabçı qrupların cinayətlərini ifşa etmək, ölkənin xidmət və uğurlarını “cihad maarifləndirməsi” çərçivəsində bəyan etmək üçün milli media və mədəniyyət xadimlərinin imkanlarından və virtual məkandan istifadə etməyi zəruri hesab edib.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…