Əl-Qəssam: Düşmən xalqımıza qarşı hər hansı bir axmaqlıq edərsə, əvəzini ağır ödəyəcək

QafqazTimes xəbər verir ki, Əl-Qəssam Briqadalarının (HƏMAS hərəkatının hərbi qolu) hərbi sözçüsü Əbu Ubeydə cümə axşamı sionist düşmənin öz məğlubiyyətlərini ört-basdır etməyə çalışdığını vurğulayıb.

Şahab ​​xəbər agentliyi Əbu Ubeydəyə istinadən xəbər verir ki, sionist rejimin mülki əhali arasında hərbi əməliyyatlar üçün yerlərin olması barədə iddiaları və onların təqdim etdiyi koordinatlar ağ yalan və böhtandır.

O, belə bir düşməndən bu hərəkəti gözləməyin çətin olmadığını bildirərək deyib: “Düşmənin mülki insanları hədəf almasına bəraət qazandırmağa ehtiyac yoxdur. Çünki onların tarixi yalana əsaslanan qətllərlə doludur.”

Müqavimətin Fələstin xalqının qanının, canının və təhlükəsizliyinin qoruyucusu olduğunu vurğulayan Əbu Ubeydə qeyd edib: “Düşmənin məqsədyönlü və davamlı şayiə yayma siyasəti bu həqiqətə xələl gətirməyəcək. Düşmən xalqımıza qarşı hər hansı bir axmaqlıq edərsə, əvəzini ağır ödəyəcək.”

Əl-Qəssam Briqadalarının sözçüsü həmçinin sionist rejimin müqavimət liderlərinə qarşı sui-qəsd cəhdləri barədə də xəbərdarlıq edib.

Əbu Ubeydə qeyd edib ki, belə bir qərar verən hər kəs sionist rejimin tarixində fəlakətli bir səhifə yazmış və həlakətlə və qanla ödəniləcək bir axmaqlığa yol vermiş olacaq.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO