İranın “qonşuluq diplomatiyası” sionistləri çaşdırıb

Sionist rejim politoloqları İranın “qonşuluq diplomatiyası”ndan çaş-baş qaldıqlarını etiraf edirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Haartes qəzetində məqaləsi çap olunan Ezo Barel İsrailin daxili çaxnaşmalarla əlbəyaxa olduğu bir zamanda “İran əleyhinə ərəb vəhdəti” layihəsinin puça çıxdığını etiraf edib.

O, yazıb: Səudiyyə Ərəbistanının Tehranla münasibətlərin normallaşdırılması haqda qərarı bizi çaşdırdı və bizim bütün planlarımızı alt-üst etdi.

Məqalədə sonra deyilir ki, yaxın günlərdə Riyaz Tehranda səfirlik açacaq. Əmirlliklər və Bəhreynin səfirlikləri isə İranda arıtq mövcuddur və iqtisadi-ticarət əlaqələri genişlənəcək. İran hətta Misirdə investisiya qoyluşu belə edir.

Ekspertlərin fikrincə sionist rejimlə saziş edən bir sıra ərəb ölkələri daha Tramp və Netanyahunun vədlərinin ilğımdan artıq bir şey olmadığını anlayıblar.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir