Netanyahu Baydenin sözlərindən niyə əsəbləşdi?

Sionist rejimin baş naziri ABŞ prezidenti Co Baydenin İsrail haqda dünənki sözlərinə sərt reaksiya verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (28 mart) Co Baydenin “İsrail xarici təzyiqlər əsasında qərar qəbul etmir” deməsi Benyamin Netanyahunun əsəblərini gərib.

Co Bayden həmçinin deyib: İsrail hakimiyyət haqqı olan suveren ölkədir və qərarlarını özü verir. Amma “məhkəmə islahatı” qərarında geri çəkiləcəyini ümid edirəm.

Baydenin irroniya ilə yaxın gələcəkdə Netanyahunu Ağ Evin dəvəti gözləmir deməsi isə onu daha da hiddətləndirib (Routers).

Ekspertlərin fikrincə Netanyahunun əsəbləşməsinə səbəb Vaşinqtonun onu yarı yolda qoyması, verdiyi vədlərə sadiq qalmamasıdır.

Related posts

İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək

Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı