İranın pilotsuz təyyarələri israilliləri dəhşətə gətirib

Qafqaztimes xəbər verir ki, Haaretz-in baş analitiki Amos Hareil, İsrailin hərbi kəşfiyyat mənbələrinə istinad edərək gətirdiyi bir qeyddə, İranın pilotsuz təyyarələrinin qabiliyyətinin İsraili çox narahat etdiyinə etiraf edib.

İsrail təhlükəsizlik dairələrinə yaxın olan bu analitik öz qeydinin əvvəlində deyib: “Bu silahın istifadəsi nisbətən asandır, lakin düşməni ciddi problemlərlə qarşılaşdıra biləcək və ucuzdur. Bu isə İranın ucuz hava qüvvələrinə sahib olmasına gətirib çıxarıb. İsrail, xüsusən hazırda bu texnologiya İranın bir çox müttəfiqinin istifadəsinə verildiyi üçün bu qabiliyyətdən çox narahatdır.”

O, qeydinin davamında belə yazıb: “İsrailin təhlükəsizlik və hərbi rəsmiləri, İranın pilotsuz uçuş aparatı qabiliyyətinin artmasından dəhşətə gəlib. İran nəinki bu texnologiyaya sahibdir hətta Livan, Qəzza və Yəməndəki müttəfiqlərini də bununla təmin edib.”

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…