İranın Hormoz boğazında saxladığı gəmilər barədə ABŞ-ın iddiası

Amerika İranın Hormoz boğazında üzən gəmilərini incitmə bəhanəsilə Fars Körfəzinə mühafizə qüvvələri göndərmək istədiyini elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ağ Ev Təhlükəsizlik Şurasının spikeri Con Kerbi bu gün (12 may) deyib: Pentaqon Fars Körfəzinə xüsusi hərbi mühafizə qüvvələri göndərəcək.

Con Kerbi daha sonra bu qüvvələrin necə və nə şərtlər əsasında göndərilməsinin detalları barədə gələcək günlərdə məlumat veriləcəyini deyib.

C.Kerbi iddia edib ki, ötən 15 il ərzində İran Amerikanın 15 ticarət gəmisinə maneələr yaradıb və yaxud aqressiv rəftarlar nümayiş etdirib.

O, bu qeyd olunan gəmilərin beynəlxalq qanunlara riayət etmədiyini xatırlatmadan deyib: İran gəmiçilik və beynəlxalq sularda gəmi azadlığı konvernsiyaları əleyhinə rəftarlar nümayiş etdirir. Bu məsələ Amerikanın Hormaz boğazında təhlükə yaşamasına səbəb olduğu üçün buna icazə verməyəcək.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir