“Fələstin xalqı sionist təcavüzləri qarşısında qəhrəmancasına dayanıb”

İran XİN başçısı Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə son günlərdə Qəzzə zolağında baş verən siyasi dəyişikliklər və sionist rejimin yeni vandallağı barədə telefon söhbəti aparıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bu gün (12 may) Ziyad Nəxaləyə sionist rejimin Qəzzə zolağında İslami Cihad Hərəkatı komandanlarını terrorla hədəfə alması, yaşayış zonalarına hücumu, günahsız mülki sakinləri, uşaq və qadınların ölümünə səbəb olan əməliyyatlarını pisləyərək deyib: Fələstin xalqı qəhrəmancasına saxtakar rejimin qarşısında şücaətlə dayanıb.

Fələstin İslami Cihad Hərəkatının baş katibi də bu telefon danışığında İslam İnqilabı Aliməqam Rəhbəri başda olmaqla İran prezidenti, dövləti və xalqının Fələstin müqavimətinə dərin dəstəklərinin təqdirəlayiq olduğunu vurğulayaraq deyib: Müqavimət dəstələri son nəfəslərinə qədər sionist rejim təcavüzkarlığı qarşısında möhkəm dayanacaq.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir