İranda Aşura mərasimləri + Foto/Video

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasında da xalq Aşura günü ilə əlaqədar şəhidlər ağası İmam Hüseynə (ə) əza saxlamışlar.

Artıq ikinci ildir ki, koronavirusla bağlı Məhərrəmlik mərasimləri xüsusi şəraitdə və tibbi protokollara riayət edilməklə qeyd edilir. Aşura gecəsi ilə bir çox böyük heyətlərdə mərasimlər keçirildi. Aşura gecəsi keçirilən mərasimlərdən biri də, “Əşireye-Aşura” heyətinin keçirdiyi Mahmud Kərimi, Hənif Tahiri kimi məddahların və prezident Ayətullah Seyid İbrahim Rəisinin də iştirak etdiyi böyük əzadarlıq mərasimi idi. Prezident Rəisi bu mərasimdə çıxış edib.

Bundan başqa İranın Bircənd, Xürrəmabad, Urmiya, Ərdəbil, Yəzd, Qorqan, Qəzvin və s. şəhərində də Aşura mərasimləri keçirilmişdir.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!