Aşura günü Kərbəlada İmam Hüseyn (ə) aşiqləri bir araya gəldi

Qafqaztimes xəbər verir ki, bu gün Aşura günü ilə əlaqədar Kərbəlada Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi keçirilmiş və əzadarlıq dəstələri qrup halında müqəddəs hərəmlərə daxil olaraq mərasimə qatılmışlar.

Bu gün günorta saatlarında namazdan sonra, Tüveyric adı ilə tanınan ən böyük əzadarlıq dəstəsi də Hüseyn Hüseyn sədası ilə İmam Hüseyn (ə) və Həzrəti Abbasın (ə) hərəmlərinə daxil olmuşlar.

Bu il İmam Hüseyn (ə) və Həzrəti Abbasın (ə) hərəmlərinin xadimləri, zəvvarların təhlükəsizliyini təmin etmək və ziyarətgahlarda nizam-intizam yaratmaq məqsədilə zəvvarların hərəkəti üçün xüsusi bölmələr yaratmışlar. Kərbəlada milyonlarla zəvvarların iştirakı ilə keçirilən Aşura mərasiminin fotolarını sizə təqdim edirik:

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!