İran yanacağının sayəsində Livanda ABŞ sanksiyalarına son + Foto

Qafqaztimes xəbər verir ki, Livan mətbuatı dünən səhər (16 sentyabr, cümə axşamı) İran yanacaq tankerlərinin ölkəyə daxil olduğunu bildirdi. “Lebanon 24” telekanalı video görüntü yayaraq İran mazutunu daşıyan tankerlərin Əl-Hermeldəki “Həvş Əl-Seyyid Əli” bölgəsinə girdiyini elan edib.

Əl-Mənar telekanalı də bu xəbəri təsdiqləyib və İran yanacağını daşıyan 20 tankerin Livan ərazisinə daxil olduğunu bildirib. Bu xəbəri işıqlandıran müxtəlif xəbər agentlərindən əlavə sosial media istifadəçiləri də bu görüntüləri yayımlamışlar.

Əl-Əhd telekanalına görə, bu səhər gələn karvan “Əl-Eyn” və “Əl-Nəbi Osman” qəsəbələrindən keçərək Bəəlbək şəhərinə gedən yola daxil olacaq və burada yüklərini boşaldacaqdır.

Yanacaq tankerlərinin birinci karvanının gəlişindən sonra, dünən günortadan sonra, digər 20 yanacaq tankerindən ibarət ikinci karvan da Əl-Hermel şəhərinə daxil oldu. Əl-Mənar telekanalına görə, bu karvanlar dörd hissəyə bölünüb və indiyə qədər iki bölmə Livan ərazisinə daxil olub.

Livan mətbuatının yazdığına görə, İran yanacaq karvanının üçüncü və dördüncü hissələri isə Livan sərhədinə yaxınlaşmaqdadır.

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil