Fransa xarici işlər naziri: Bayden də Tramp kimi riyakardır

Qafqaztimes xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Fransanın xarici işlər naziri Jan-İv Le Drian Fransanın dünya ölkələrinin Avstraliya ilə ən gəlirli hərbi müqavilələrindən kənarda saxlanılmasına reaksiya verərək, ABŞ-ın yeni rəhbərliyini sələfi kimi ikiüzlü və riyakar adlandırıb.

Le Drian, son ABŞ-İngilis-Avstraliya razılaşmalarına işarə edərək deyib: “Prezident Co Baydenin başçılıq etdiyi ABŞ dövləti, Tramp administrasiyası kimi arxadan xəncər vurur.”

O, France Info radiosuna verdiyi müsahibədə deyib: “Bu vəhşi, birtərəfli və gözlənilməz qərar mənə Trampın hərəkətlərini xatırlatdı. Bu, aramızda olan etibarımıza zərbədir və mən çox qəzəbliyəm.”

2016-cı ildə Avstraliya, 20 ildən artıq yaşı olan sualtı gəmilərini əvəz etmək üçün Naval Group adlı bir Fransız şirkəti ilə 40 milyard dollar məbləğində bir müqavilə bağlanmışdı. Təxminən iki həftə öncə isə Avstraliya rəsmiləri fransalı həmkarları ilə müqavilələrini pozmağa qərara gəlmişlər.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…