İran yanacağının Livana daxil olmasını özündə əks etdirən yeni görüntülər

Qafqaztimes xəbər verir ki, Əl-Elam Əl-Hərbi məlumat qrupunun Livan şöbəsi İran yanacaq tankerlərinin keçən həftə Livana gəlişi ilə bağlı görüntülü hesabat dərc edib.

Hesabata görə, müqavimətin sionist düşmənə qarşı yaratdığı qüdrət amili yanacaq daşıyan gəmiləri qoruyan və onların Livana girməsinə imkan verən faktordur.

Ötən cümə axşamı (17 sentyabr), İran yanacaq tankerlərinin Livana gəlişi xəbəri ərəb mediasında və sosial şəbəkələrdə xəbər başlıqlarına çevrildi. Bu, Tehran, Hizbullah və Dəməşq arasındakı üçlü birlik və nüfuz nəticəsində ABŞ -ın bu ölkəyə qarşı mühasirəsinin uğursuzluğunu göstərir.

“Əl-Əmanə” yanacaq doldurma şirkətinin direktoru Üsamə Əliq cümə günü Livanın İrandan aldığı yanacağın paylanması barədə Əl-Məyadin telekanalına müsahibə verib.

Əl-Məyadin xəbər telekanalının müxbiri şənbə günü İran tərəfindən göndərilən yanacaq daşıyan ikinci tankerin Suriya sərhədini keçdiyini və Livana doğru hərəkət etdiyini bildirib.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO