Qeys Xəzəli: Sionistlər bizim əsas düşmənimizdir

Qafqaztimes xəbər verir ki, “Həşdu Şabi” mövqelərinin bombalanmasına reaksiya verən İraqın “Əsaib Əhl əl-Həqq” hərəkatının baş katibi Qeys Xəzəli deyib: “Birləşmiş Ştatların bu bombardmana görə məsuliyyəti öz üzərindən atmağı onun günahını azaltmır, çünki İraqın hava təhlükəsizliyi ABŞ-ın öhdəsindədir və cavab verməlidir. Eləcə də İraq hökuməti cavab verməlidir ki niyə hava hücumundan müdafiə sistemləri alınmır?!”

O, əlavə edib: “Sionist rejimi İraq xalqının əsas düşmənidir və hamı bilir ki, İsrail təyyarələri ABŞ -ın icazəsi olmadan İraqın hava məkanı üzərində uçub mövqelərimizi bombalaya bilməz. Yenə təkrar edirəm, sionistlər iraqlıların ən böyük düşmənidirlər.”

Qeys Xəzəli həmçinin İraq hökumətinin bu hadisəyə reaksiya verməməsindən təəssüflənərək, bunun bir çox İraq partiyalarının və fərdlərinin vətənpərvərlik iddialarına zidd olduğunu və bütün siyasi partiyaların bu addımı pisləməli olduğunu söyləyib.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı