İran İslam Respublikası əleyhinə yeni qətnamə qəbul edilib

QafqazTimes xəbər verir ki, MAQATE-yə üzv olan üç Avropa dövlətinin (Almaniya, Fransa və Böyük Britaniya) ABŞ-la birlikdə İrandan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməsi tələbi ilə bağlı təklif edilən qətnamənin nəzərdən keçirilməsi zamanı, bu qətnamə 30 lehinə, 2 (Rusiya və Çin) əleyhinə və 3 bitərəf (Hindistan, Pakistan və Liviya) səslə Rəhbərlər Şurası tərəfindən təsdiqlənib.

Məhəmməd Rza Qaibi İran İslam Respublikasının daimi nümayəndəsi isə bəzi üzv dövlətlərin bu siyasi motivli və qərəzli addımını şiddətlə pisləyərək İranın bu mövzudakı mövqeyini yenidən təkrarlayıb.

Qətnamənin qəbulundan əvvəl İranın daimi nümayəndəliyinin rəhbəri son 20 ildə MAQATE-nin ən intensiv yoxlamalarının İranda aparıldığını və təkcə 2021-ci ildə bütün dünyada MAQATE yoxlamalarının 22 faizinin İranda həyata keçirildiyini diqqətə çatdırıb. Halbuki İran MAQATE-nin nəzarəti altında olan dünya üzrə ümumi nüvə obyektlərinin yalnız 3%-nə sahibdir.

Qaibi həmçinin MAQATE-nin baş direktorunun hesabatında qeyd olunan məkanlarla bağlı irəli sürülən iddiaların sionist rejim tərəfindən verilən yalan məlumatlara əsaslandığını bir daha vurğulayıb.

İran mətbuatının məlumatına görə, MAQATE-nin baş direktoru hesabatda İranın zənginləşdirilmiş uranının nüvə anlaşmasında icazə verilən həddən 18 dəfə çox olduğunu bəyan edərək iddia edib ki, İran son üç ildə MAQATE-nin İranda nüvə materialının aşkarlanması ilə bağlı suallarına “texniki cəhətdən əsaslı” cavablar verə bilməyib.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı