Gənc fələstinli İsrail yaraqlısının silahını ələ keçirdi + Video

QafqazTimes xəbər verir ki, ibranidilli mənbələr, İordan çayının qərb sahilindəki Hebronun cənubunda Əl-Favvar düşərgəsi yaxınlığında bir fələstinli gəncin İsrail əsgərinin silahını oğurladığını bildirib.

Əl-Aləm-in məlumatına görə, ibranidilli “Kudko” internet saytı xəbər verib: “Bir gənc fələstinli Hebronun cənubunda Əl-Favvar düşərgəsi yaxınlığında avtomobillərdə yoxlama aparan bir İsrail əsgərinin silahını oğurlayıb və İsrail qüvvələri bu ərazidə axtarış əməliyyatına başlayıb.”

Bu xəbərin təfərrüatlarına gəlincə, “Valla” xəbər saytının qeyd etdiyinə görə, avtomobilin sürücüsü silahın ucundan yapışaraq İsrail əsgərlərinin əlindən tamamilə alana qədər onu özü ilə müəyyən məsafəyə qədər sürükləmiş və silahı ələ keçirərək hadisə yerindən uzaqlaşmışdır.

Hadisədən sonra Hebronun cənub-qərbindəki Dora şəhərinin girişinə çoxlu sayda işğalçı qüvvələr yerləşdirilib.

Related posts

Sionist rejim ABŞ-ın yeni hərbi yardımından narahatdır

Əbu Übeydə: Biz düşmənlə çox uzun sürən müharibəyə belə hazırıq

İsraillə dostluq baha başa gəlir