İran: İnsan haqları Qərb ölkələri üçün bir alətdir

QafqazTimes xəbər verir ki, ASEAN-a üzv ölkələrin səfirləri və siyasi nümayəndə heyətlərinin rəhbərləri bazar ertəsi, noyabrın 30-da Tehranda İranın Xarici İşlər Nazirliyinin siyasi müavini Əli Baqiri ilə görüşüblər.

Vyetnam, İndoneziya, Malayziya, Bruney Darüssəlam, Filippin və Tailand səfirlərinin iştirak etdiyi bu görüşdə İran Xarici İşlər Nazirliyinin siyasi işlər üzrə müavini Asiya ölkələri arasında əməkdaşlıq imkanlarına toxunaraq, ASEAN-ı iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün münasib potensial adlandıraraq deyib: “İqtisadi əməkdaşlıq regional sabitliyi və sülhü institusionallaşdırır və xarici dövlətlərin regional işlərə müdaxiləsi üçün əsasları aradan qaldırır.”

Əli Baqiri Qərb hökumətlərinin beynəlxalq məsələlərdə siyasi və şəxsi mənafeyinə əsaslanan yanaşmasına toxunaraq deyib: Terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və insan hüquqlarının müdafiəsi qərblilərin nöqteyi-nəzərincə prinsipial məsələ deyil, bu, yalnız bu ölkələrin xarici siyasət alətləri qutusunun bir hissəsini təşkil edir və bu səbəbdən də maraqları nə vaxt tələb edirsə, terroru dəstəkləyir və insan haqlarını pozurlar.

Bu görüşdə ASEAN-a üzv ölkələrin səfiri və diplomatları ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafını vurğulayaraq bildiriblər: ASEAN üzvləri ilə İran İslam Respublikası arasında əməkdaşlığın yüksəldilməsi hər iki tərəfin uzunmüddətli maraqlarını sabitləşdirəcək.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO