HƏMAS: Təl-Əviv Qüdsdə bütün qırmızı xətləri keçib

QafqazTimes xəbər verir ki, HƏMAS hərəkatının komandirlərindən olan İsmayıl Rizvan ötən gün (22 noyabr çərşənbə axşamı) Fələstin müqavimət qruplarının mətbuat konfransında bildirib ki, Məscidül-Əqsaya təkrar hücumlar millətimizin və bütün müsəlmanların hisslərini oyatdı.

“Ər-Risalə” saytının məlumatına görə, o, əlavə edib: İşğalçı rejim Qüds və Məscidül-Əqsada bütün qırmızı xətləri keçib.

O, Fələstin xalqının Qüds və İordan çayının qərb sahili qarşısındakı müqavimətini alqışlayaq və bu müqavimətin davam etdirilməsinə çağırış edərək belə əlavə edib: Hebrondakı vətəndaşlarımızdan bu şəhərdəki işğala və mühacirlərin cinayətlərinə qarşı müqavimət göstərmələrini xahiş edirik və biz Fələstin administrasiyasından Oslo razılaşmalarından imtina etməyi və təhlükəsizlik koordinasiyasını dayandırmağı tələb edirik.

Qeyd edək ki, ötən gün “Yehuda Glick” onlarla ekstremist mühacirlər ilə birlikdə sionist rejim polisinin dəstəyi ilə Əl-Əqsa məscidinə hücum edib. Əl-Əqsa məscidi cümə və şənbə günləri istisna olmaqla, demək olar ki, hər gün sionist mühacirlərin hücumlarının və qeyri-qanuni girişinin şahidi olur.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!