İran və Türkiyə prezidentləri arasında telefon danışığı

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında iki ölkə arasında terrorla mübarizədə əməkdaşlığın zəruriliyinə toxunaraq deyib: “Terrorla mübarizənin əsas yolu ölkələrin suverenliyinə hörmət etməkdir. İran İslam Respublikasının terrorizmlə mübarizədə parlaq tarixini nəzərə alaraq, biz bütün ölkələrin terrorizmlə mübarizədə əməkdaşlığını alqışlayırıq.”

Rəisi iki ölkə arasındakı iqtisadi və ticarət sahələrində Tehran-Ankara əlaqələrin əhəmiyyətini vurğulayaraq qeyd edib: “Tezliklə Tehranda birgə sammitin keçirilməsi ilə əməkdaşlığın inkişafı yeni mərhələyə qədəm qoyacaq.”

İran prezidenti regionda keçirdiyi son görüşlərə və məsləhətləşmələrə toxunaraq əlavə edib: “Biz vurğulayırıq ki, regionun problemləri region ölkələri daxilində və ölkələrin fəal iştirakı ilə həll edilməlidir və xarici müdaxiləyə ehtiyac yoxdur.”

Bu telefon danışığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq deyib: “İndi region ölkələri arasında birgə əməkdaşlıq ideyası üstünlük təşkil edir. Son səfərlər və məsləhətləşmələr bunun uğurlu olduğunu göstərir.”

Related posts

Hizbullahın Fələstin xalqına dəstəkləri davam edir

ABŞ rəsmiləri Qahirəyə gedir

BMT: Haaqa məhkəməsinin qərarı icra olunsun!