Ənsarullah: Məribdə həlledici saatlara yaxınlaşırıq

Qafqaztimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Bəxiti həlledici zamana yaxınlaşdığını elan edərək deyib: “Yəmən silahlı qüvvələri xalqın təzyiqi altındadır və onlardan şəhərin azad edilməsi tələb olunur.”

O, Livanın Əl-Məyadin telekanalına deyib: “İşğalçı qüvvələrin Məribdə məğlubiyyəti onların digər cəbhələrdə məğlub olması deməkdir. Məribin azad edilməsi təcavüzkar koalisiya üçün ən pis ssenaridir və bu vilayətin azad edilməsi Yəmənin mühasirəsinin götürülməsinə səbəb olacaqdır.”

Əl-Bəxiti həmçinin bildirib: “Vaşinqton və Londona mesajımız ondan ibarətdir ki, Yəmən xalqı mühasirəyə və müharibəyə baxmayaraq, günü gündən daha da agah olur.”

Yəmən Ənsarullah hərakatının rəsmisi əlavə edib: “Təcavüzkar ölkələr Yəmən qüvvələrinin Məribdəki irəliləyişlərini ört-basdır etmək və gizlətməyə çalışırlar. Ancaq təcavüzkar ölkələr daha bizi mühasirəyə alıb təhlükəsiz yerdən Yəmənə hücum edə bilməzlər. Bundan sonra Yəmənin içərisində gərginliyin artmasına Səudiyyə Ərəbistan daxilində hücumların intensivləşməsi ilə cavab verəcəyik.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…