İbrahim Rəisi: Bizim Rusiya ilə münasibətləri genişləndirmək üçün heç bir məhdudiyyətimiz yoxdur

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisi çərşənbə günü Rusiya prezidenti Vladimir Putinlə görüşündə İran və Rusiyanın region və dünyadakı təsirli roluna toxunaraq deyib: “Bizim Rusiya ilə münasibətlərin inkişafı ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur. Tehran-Moskva münasibətləri yüksək strateji münasibətlər səviyyəsindədir və bu daha da inkişaf etdiriləcəkdir.”

İran-Rusiya münasibətləri strateji münasibətlər yolundadır

Ayətullah Rəisi iki ölkənin regional və beynəlxalq məsələlərdə ortaq anlaşmasını birgə əməkdaşlığın əsası adlandıraraq deyib: “İran-Rusiya əlaqələri strateji əlaqələr istiqamətindədir.”

Rəisi qonşu və müttəfiq ölkələrlə maksimum qarşılıqlı əlaqəni İran İslam Respublikasının xarici siyasət prioritetlərindən biri adlandıraraq qeyd edib: “İran və Rusiya arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi iki ölkənin iqtisadiyyatlarını yüksəldəcək, həmçinin regional və qlobal təhlükəsizliyi artıracaqdır.”

İranın müstəqil hökumətlərlə əməkdaşlığının beynəlxalq proseslərdən asılı olmayaraq genişləndiyini vurğulayan prezident, terrorizm və mütəşəkkil narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə birgə əməkdaşlığın sütunlarındandır, deyərək belə əlavə edib: “Suriyada terrorizmə qarşı uğurlu əməkdaşlıq təcrübəsindən Qafqazda və Əfqanıstanda da istifadə etmək mümkündür.”

Rusiya prezidenti Vladimir Putin isə bu görüşdə deyib: “İnqilabın Ali Rəhbərinə mənim salamlarımı və xoş arzularımı çatdırın.”

Related posts

Hollandiyalı vəkillər Netanyahunun həbsini tələb edir

Kolumbiya: İnsanlığın ölüməsinə razı deyilik

Şahin Mustafayev və İran səfiri arasında görüş olub