Fələstinli Salehiyyə ailəsinin evi sionistlər tərəfindən dağıdıldı

QafqazTimes xəbər verir ki, sionist buldozerləri dünən səhər (çərşənbə günü) Qüdsun Şeyx Cərrah məhəlləsində Salehiyyə ailəsinin evini dağıdıblar.

Palestine Today-in məlumatına görə, sionist rejim polisi və onun xüsusi dəstəsi əvvəlcə evə basqın edib və onlarla həmrəy olduqlarını bəyan edənlərlə birlikdə ailə üzvlərini həbs ediblər.

Məlumatda daha sonra deyilir ki, sionist hərbçiləri bu ailə üzvlərini həbs edərkən onları döyüblər. Saxlanma əməliyyatında səs bombalarından da istifadə edilib və sionist hərbçilər yaralılara yardım göstərilməsinə icazə verməyiblər.

Həbs olunanların sayının 26 olduğu açıqlanıb.

İsrail əsgərləri bazar ertəsi Şeyx Cərrah məhəlləsindəki adı çəkilən bu evi sökməyə hazır idilər, lakin Salehiyyə ailəsinin üzvləri evi və özlərini yandıracaqları ilə bağlı xəbərdarlıq edirdilər və bu müqavimət çərşənbə gününə qədər davam etdi.

Sionist mühacirlər tərəfindən davam edən təzyiqlər və onların Qüds məhkəmələri ilə sövdələşmələri səbəbindən Şeyx Cərrah məhəlləsində 28 evə malik olan Qüdsdəki 500-ə yaxın fələstinli evindən didərgin düşmək təhlükəsi təhlükə altındadır.

Related posts

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı

ABŞ-ın əsil siması